Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan milli mətbuatı-150

21.07.2025

İyulun 21-də Yardımlı rayon Mərkəzi Kitabxanasında Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi ilə əlaqədar dəyirmi masa keçirilib.

MKS-in direktor əvəzi Mehman Xanızadə tədbiri giriş sözü ilə açaraq Azərbaycan milli mətbuatının150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2025-ci iltarixli sərancamı və bundan irəli gələn məsələlərlə bağlı məlumat verib.

Sonra kitabxananın şöbə müdiri Vasif Abdulov Azərbaycan milli mətbuatının yaranmasi və fəaliyyəti haqqında geniş məruzə edib.

Yekunda kitabxana əməkdaşları İlkin Alışov, Şahbaz İsmayılov, Bəhruz Dadaşov ölkəmizdəki KİV-lərin Vətən müharibəsindəki və hazırki dövrdə fəaliyyətindən söhbət açıblar.