Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əngəlləri aşan kitab sevgisi

22.07.2025

İyulun 22-də Masallı rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Günərzi Qayğı Mərkəzində fiziki məhdudiyyətli uşaqlar üçün "Oxu saatı" keçirilib.

Kitabxananın əməkdaşları Günəş Ağayeva və Gülər Piriyeva uşaqlar üçün bir neçə Azərbaycan xalq nağılı səsləndiriblər. Oxunan nağıllar balacaların böyük marağına səbəb olub.

Qeyd edək ki, tədbirin əsas məqsədi sərbəst hərəkət məhdudiyyəti olan uşaqların maarifləndirilməsi və mütaliə vərdişlərini inkişaf etdirərək səmərəli vaxt keçirmələrinə dəstək olmaqdır.