Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda Milli Qəhrəman Polad Həşimovun xatirəsi anılıb

14.07.2025

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günü münasibətilə Sərçuvar kənd Yaradıcılıq Klubunda anım tədbiri keçirilib.

Tədbirdə mədəniyyət nümayəndələri, kənd ərazi nümayəndəlliyinin əməkdaşları və müəllimlər iştirak edib.

Çıxışlarda qəhrəmanın həyatından, döyüş yolundan və 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun qələbəsindən danışıblar.

Diqqətə çatdırılıb ki, general-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidentinin Sərəncamına əsasən, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Həşimov Polad İsrayıl oğluna Azərbaycanın Milli Qəhrəmanı adı verilib.