21.07.2025
Lənkəran şəhər "Nağıl" Körpələr evi-uşaq bağçasının müəllim və şagirdləri Masallı Dövlət Rəsm Qalereyası və Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya ediblər.
Muzeyin əməkdaşı Heyran Lələyeva və qalereyanın rəhbəri Təhmasib Məcidov ekskursiya zamanı uşaqlara geniş məlumatlar verərək onlarla milli-mənəvi dəyərlər haqqında tövsiyə xarakterli söhbətlər aparıblar.
Qeyd edək ki, ekskursiya Lənkəran şəhər "Nağıl" Körpələr evi-uşaq bağçasının nəzdində fəaliyyət göstərən "Nağıl Yay düşərgəsi" çərçivəsində təşkil olunub.