Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

20 İyul-Beynəlxalq Şahmat Günü

19.07.2025

Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşəbbüsü ilə 20 İyul-Beynəlxalq Şahmat Günü ilə əlaqədar M.Ə.Sabir adına şəhər 1saylı orta məktəbin Şahmat otağına ekskursiya təşkil olunub.

Astara rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin baş məşqçisi İlqar Abbasov oxuculara əlamətdar gün haqqında məlumat verərək bildirib ki, bu günün Beynəlxalq Şahmat Günü kimi qeyd olunması ideyası YUNESKO tərəfindən irəli sürülüb və 1966-cı ildən FİDE tərəfindən təsis edildikdən sonra belə qeyd edilir.Dünya üzrə 602 milyon şahmatdçı ,178 ölkə üzrə bu Günü bayram kimi qeyd edir.Hal-hazırda ölkəmizdədə peşəkar şahmatçılar vardır.

Yekunda İlqar müəllim uşaqlar arasında şahmat yarışları keçirib və oyunun sirlərini onlara öyrədib.