18.07.2025
İyulun 18-də Lerik rayon Mərkəzi Kitabxanasında Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə "Azərbaycan milli mətbuatı-150" mövzusunda dəyirmi masa keçirilib.
Kitabxananın əməkdaşı Xoşavaz Feyziyeva çıxışında bildirib ki, 1875-ci ildə Həsən bəy Zərdabinin baş redaktorluğu ilə işıq üzü görən "Əkinçi" qəzeti cəmiyyətə yeni ideyalar gətirib. Maarifçilik və milli oyanış ideyaları üzərində qurulan "Əkinçi"qəzetinin yaradıcısı Həsən bəy Zərdabi qəzet vasitəsilə xalqın maariflənməsinə çalışıb. Mətbuatının özü də keçmişi, bu günü və gələcəyi birləşdirən tarixdir.
Sonra kitabxananın digər əməkdaşları da mövzu ətrafında geniş məruzə ilə çıxış ediblər.