18.07.2025
İyulun 18-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Lənkəran-Astara Regional Gənclər İdman İdarəsinin Yardımlı rayon Sektorunun birgə təşkilatçılığı ilə mərkəzdə həvəskar rəssam Zeynəb Zəfər qızı İbişlinin fərdi sərgisi təşkil olunub.
Sərginin açılışında Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Əliyev, Lənkəran-Astara Regional Gənclər İdman İdarəsinin Yardımlı rayon Sektorunun rəhbəri Şəhriyar Şabiyev, idarə, müəssisə və təşkilatların kollektivi iştirak edib.
Mərkəzin baş fond mühafizi Zeynəb Məmişzadə tədbiri açıq elan edərək gənc rəssam haqqında məlumat verib, o cümlədən bu cür istedadlı gənclərin üzə çıxarılmasının, tanıdılmasının əhəmiyyətindən söz açıb.
Sonra Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Əliyev ölkəmizdə istedadlı gənclər üçün yaradılan mövcud şərait və imkanlardan, bu sahədə mədəniyyət müəssisələrinin gənclərə göstərdiyi diqqətdən, həvəskar rəssamın əl işlərinin üslubundan ətraflı şəkildə danışaraq, ona uğurlar arzulayıb.
Daha sonra Zeynəb İbişli əl işləri barədə geniş məlumat verib.
Yekunda həvəskar rəssama "Təşəkkürnamə" təqdim olunub, xatirə şəkilləri çəkilib.