Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nağıl saatı

15.07.2025

“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nına əsasən uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi ilə əlaqədar Astara Tarix-Diyarşünaslıq Muzeyində “Nağıl saatı” keçirilib.

İlk öncə uşaqlar muzeyə ekskursiya ediblər. Sonra muzeyin kiçik-elmi işçisi Çiçək Axundova uşaqlara “Tıq-Tıq xanım”ın nağılını danışıb. Daha sonra uşaqlar nağıl qəhrəmanı barədə fikirlərini bildiriblər.

Yekunda balaca fidanların ifasında vətənpərvərlik haqqında şeirlər səsləndirilib.