Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lirik, satirik, maarifpərvər dahi

11.07.2025

Astara rayon Mərkəzi Kitabxanasında Seyid Əzim Şirvaninin 190 illiyi münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Mərkəzi kitabxananın işçiləri,Astara rayon Ə.Əliyev adına Qapçıməhəllə kənd orta məktəbinin dərs-hissə müdiri İlahə Məmmədova və şagirdləri iştirak etdilər.

Tədbirdə Metodik-biblioqrafiya şöbəsinin işçisi Ruqiyyə İbadova məruzə edərək bildirib ki, Azərbaycan Ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynayan,dəyərli poetik nümunələrdən ibarət parlaq lirikasında mənəvi gözəlliyi tərənnüm edən şair,eyni zamanda,realist satiralarında dövrün aktual məsələlərinə kəskin münasibət bildirmiş,didaktik əsərlərində humanist ideyaların təbliğinə xüsusi diqqət yetirmişdir.Azərbaycan təhsil tarixində dərin iz qoymuşdur.

Sonra Oxuculara xidmət şöbəsinin müdiri Yaqut Nəzərova və məktəbin müəllimi İlahə Məmmədovanın dahi mütəfəkkir haqqında çıxışları dinlənilib.

Yekunda ədibin həyat və yaradıcılığını əks etdirən kitab sərgisinə baxış keçirilib.