11.07.2025
Astara rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsində uşaqların asudə vaxtının səmərəli keçirilməsindən ötrü "Yay məktəbi" proqramı tərtib edilib.Bu proqrama əsasən "Mütaliə edək,bilik artıraq" mövzusunda "Mütaliə saatı" saatı keçirilib.
Mütaliə saatında Uşaq şöbəsinin oxucular iştirak ediblər.
Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova mütaliə haqqında məlumat verərək bildirib ki, mütaliənin faydası xüsusilə hər gün oxuyanlar üçün çox böyükdür.Oxumaq təxəyyülü genişlətməyə,yaradıcılığınızı inkişaf etdirməyə kömək edir.Gənc,sağlam və yaradıcı zehinə sahib olmaq üçün müntəzəm oxumaq mütləqdir.
Yekunda oxucuları maraqlandıran suallar cavablandırılıb.