10.06.2025
15 İyun – Milli Qurtuluş Günü münasibətilə Lerik rayonu S.Hacıyev adına Rvarud kənd tam orta ümumtəhsil məktəbinin şagirdlərinin Lerik Rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.
Ekskursiya zamanı məktəblilər Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş eksponatlarla tanış olublar.
Mərkəzin əməkdaşı Nəzri Səmədzadə Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verərək, ölkəmizin bugünkü müasir inkişafında əvəzsiz rolunu bir daha xatırladıb. Qeyd edib ki,
Milli Qurtuluş Günü, Azərbaycan xalqının öz istiqlaliyyətini qorumaq və müstəqil dövlətinin bərpası üçün verdiyi mübarizənin təcəssümüdür.
Şagirdlər ekskursiyadan xoş təəssüratlarla ayrılıblar.