Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dünyanı sarsıdan tarix”

29.03.2019

29.03.2019-cu il tarixində  Masallı rayon Heydər Əliyev Mərkəzində 31 mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar “Dünyanı sarsıdan tarix” mövzusunda tədbir keçirilmişdir.Tədbirdə Şəhər 2 saylı məktəbin müəllim və şagird kollektivi iştirak edirdi.Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru D.İbayeva bildirmişdir ki,bu günlərdə 31 mart 1918-ci ildə baş vermiş azərbaycanlıların Soyqırımının 101-ci ili tamam olur. 1918 – ci il mart-aprel aylarında ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilən dəhşətli cinayətlər Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuşdur.Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilmişdir.Daha sonra Mərkəzin əməkdaşı Aygün Cahangirova mövzu ilə bağlı mühazirə səsləndirdi.Sonra Şagirdlərin ifasında şeirlər dinlənildi.Tədbirin sonunda Mərkəzin 3D kinozalında “Xalqımızın qan yaddaşından silinməyən Soyqırım”adlı videomaterial nümayiş olundu.