12.03.2025
Lerik Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev və milli - mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon mədəniyyət müəssisələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri və milli kimliyinin qorunmasına Ulu öndər Heydər Əliyevin verdiyi töhfələrdən danışılıb, onun bu sahədə həyata keçirdiyi siyasətin bu gün də uğurla davam etdirildiyi vurğulanıb. Qeyd edilib ki, Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində gördüyü işlər hər bir azərbaycanlı üçün örnəkdir və bu dəyərlərin qorunması bizim ümumi vəzifəmizdir.
Tədbirdə gənclərin milli dəyərlərimizə bağlılığının gücləndirilməsi, vətənpərvərlik ruhunun aşılanması və mədəni irsimizin təbliği istiqamətində fikir mübadiləsi aparılıb.
Sonda Ümummilli lider Heydər Əliyevin fikirlərindən hazırlanmış videoçarx nümayiş edilib.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması və inkişafı istiqamətində gördüyü misilsiz işlərin təbliğ edilməsidir.