11.03.2025
Martın 11-də Astara Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar “Bəxtiyar Vahabzadə poeziyasının sirri” adlı tədbir keçirilib.
Tədbirdə Astara M.Ə.Sabir adına 1 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
İlk öncə və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə muzeyin kiçik-elmi işçisi Rəna Əskərova açaraq qeyd edib ki, Bəxtiyar Vahabzadə idealı böyüklük, arzusu təmizlik, məqsədi yüksəklik, eşqi gözəllik olan görkəmli şair, dramaturq, tərcüməçi ədəbiyyatşünas-alim, publisist və ictimai xadimdir. Şairin təsvir təhkiyəsi insanın qəlb və əql aləmi, mənəvi-psixoloji və fəlsəfi-əxlaqi təbiəti ilə möhkəm bağlıdır. Bu poeziya bütün ruhunu folklor, klassik ədəbiyyat və bəşər bədii təfəkkürünün qaynaqlarından götürüb. Bəxtiyar Vahabzadə poeziyası hissi idrakla məntiqi idrakın poeziyasıdır. Onun fikir və düşüncə fəlsəfəsi kifayət qədər intellektualdır.
Bəxtiyar Vahabzadə poeziyası xalq təfəkkürünün qədimiliyindən, arxeologiya və etnoqrafiyasından, mifologiya, dastan, nağıl, əfsanə, rəvayət və bayatılarından gəlib, folkoloru yaradıcı surətdə mənimsəyib. Bu baxımdan Bəxtiyar Vahabzadə poeziyasının anlayış, mühakimə və əqli nəticə deyilən hüdudsuz bədii imkanları vardır.
Sonra mövzü ilə bağlı muzeyin kiçik elmi-işçisi Çiçək Axundova məruzə edib.
Məruzə ətrafında çıxışlardan sonra isə şagirdlərlə fikir mübadiləsi aparılıb.
Yekunda şagirdlər muzeyə ekskursiya ediblər.