Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda ”Səma ilə görüş” filminin təqdimat mərasimi keçirilib

11.03.2025

Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində "Hər kəs üçün kino" layihəsi çərçivəsində "Səma ilə görüş" filminin təqdimat mərasimi keçirilib.

Təqdimat mərsaimində filmin yaradıcı heyəti ilə yanaşı, mədəniyyət nümayəndələri, Masallı Dövlət Regional Kollecinin tələbə və müəllim kollektivi iştirak edib.

Tədbiri Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsini icra edən Ceyhun Bəşirov açaraq qonaqları və iştirakçıları salamlayıb. Sonra səhnəyə filmin aktroylarından Taleh Yüzbəyov, Oqtay Mehdiyev və Nəzakət Heydərova dəvət olunub.

Qeyd edək ki, filmin baş prodüseri, Azərbaycan Kino Mərkəzinin təsisçisi Orxan Mərdan, rejissoru Rüfət Şahbazovdur. Filmin ssenarisi Orxan Mərdan, Vüqar Hüseynov və Talıb Əhmədov tərəfindən yazılıb. Operator Şahmar Səfəroğlu, filmin icraçı prodüseri Fuad Cəfərov, prodüseri isə Amiran Babayevdir.

Filmdə baş rolları Rafael İsgəndərov, Taleh Yüzbəyov, İlkin Həsəni, Kəmalə Piriyeva, Turanə Hüseynli və Əlibəy Məmmədli canlandırır.