17.03.2019
Novruz adət-ənənələrini yaşatmaq və gələcək nəsillərə çatdırmaq məqsədilə Masallı ASAN Həyat kompleksində keçirilən “ASAN Həyat” Bahar Festivalı öz işinə davam edir. Tədbirin dünən (16 mart) keçirilən açılış mərasimində olduğu kimi, bu gün də Masall Regional Mədəniyyət İdarəsi, eləcə də tabe qurum olan N. Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin incəsənət kollektivi konsert proqramı ilə çıxış etdilər. Mərkəzin direktoru Vəkil İsmayılovun rəhbərlik etdiyi kollektivin instrumental və solo ifaçılarının, o cümlədən Atamoğlan Zahid, Şahin Mustafayev, Şamo İbayev, Roza İstək, Xalid Hümmətoğlunun ruh oxşayan, eləcə də “Halay ” folklor ansanblı və “Masallı” rəqs qrupununifaları festivala bayram ovqatı, müsbət əhval-ruhiyyə qatdı.Bununla yanaşı, Təhsil Nazirliyinin layihəsi olan, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsi çərçivəsində keçirilən tədbirdə də Mədəniyyət Mərkəzinin kollektivi fəal iştirak edib, müxtəlif rayonlardan qonaq qismində təşrif buyurmuş məktəbliləri ritmik və şux musiqi nömrələri ilə müşayiət etdilər.
Bir daha qeyd edək ki, festival 19 mart tarixinə qədər davam edəcək.