Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin 100 illik yubileyi qeyd olunub

21.12.2024

Dekabrın 21-də AYB Lənkəran Bölməsinin və Lənkəran şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin 100 illiyi və "Xan evi" kimi tanınan binanın tikilməsinin 111 illiyi münasibətilə "Vətən tarixi ədəbi əsərlərdə" adlı tədbir keçirilib.

Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan muzeyin direktoru, tarix üzrə fəlsəfə doktoru, LDU-nun dosenti Leyla Məcidova muzeyin və binanın tikintisi, tarixi ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.

Daha sonra Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev, AYB sədri Qafar Cəfərli, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri Vaqif Yusifli, muzeyin yaradıcısı Mirzə Ağaəli Əliyevin nəvəsi Kübra Süleymanova hər iki əlamətdar tarixlə bağlı fikir və düşüncələrini bölüşüblər.

Sonda Mərkəzin "Babalar" xor kollektivinin ifa etikləri Lənkərana həsr olunan şeirlər və musiqi nömrələri tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.