13.03.2019
Ölkə Prezidentinin müvafiq sərəncamı iıə 2019–cu il Azərbaycanda “Nəsimi ili” elan olunmuşdur və bu çox müsbət və təqdirəlayiq qarşılanmışdır. İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır.
Sərəncamın icrası ilə əlaqədar Yardımlı rayon mədəniyyət müəssisələrində adı çəkilən silsilə tədbirlər keçirilir. Ostayır kənd orta məktəbi və Ostayır kənd kitabxana filialının birlikdə təşkil etdiyi “İmadəddin Nəsimi 650” başlığı ilə növbəti tədbir keçirildi.
Tədbirdə məktəbin müəllimləri və kitabxana filialının müdiri Elza Qurbanova Nəsimi yaradıcılığı barədə şagirdlərə ətraflı məlumat verdilər. Təşkil olunmuş sərgilərə baxış oldu.