Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sağlam ailə - sağlam cəmiyyət deməkdir.

27.11.2024

Noyabrın 27-də Astara rayon Heydər Əliyev Mərkəzində “Sağlam ailə - sağlam cəmiyyət deməkdir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Astara rayon N.Əliyev adına Maşxan kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.

 Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd etmişdir ki, ailə ənənələrin, keçmiş nəsillərin təcrübəsinin qoruyucusu və ötürücüsüdür. Fərd ailədə sosiallaşır, bəşəriyyətə uğurla xidmət etmək üçün zəruri olan keyfiyyətləri əldə edir, təbii fərdiyyətçiliyi aradan qaldırır, “başqaları üçün” yaşamağı öyrənir.

Klassik mənada ailə nikah, qohumluq, ümumi maraq və büdcə ilə bağlı olan, qarşılıqlı mənəvi məsuliyyətin mövcud olduğu kiçik sosial qrupdur. Ailə ən qədim sosial institut olaraq, dindən, dövlətdən, ordudan, elmdən, hətta, bazar münasibətlərindən əvvəl meydana gəlib. Mənəvi-emosional hisslər əsasında birləşmiş insanların ümumi maraqlarını ifadə edən bu institut, eyni zamanda, sağlam cəmiyyətin və güclü dövlətin təməlini təşkil edir. 

Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.