25.11.2024
Noyabrın 25-də Yardımlı rayon Mərkəzi Kitabxanasında “Məişət zorakılığı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, Lənkəran -Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Ayaz Əliyev, Yardımlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Zeynəb Məmişzadə və mədəniyyət müəssisələrinin kolektivi iştirak ediblər.
Tədbirdə çıxışlar zamanı ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının mühafizəsi, gender bərabərliyinin təmin olunması istiqamətində qanunlar, islahatlar və dövlət proqramlarına əsasən yaradılmış gender komissiyasının fəaliyyətindən və məişət zorakılığı, zorakılıq qurbanlarına dəstək mexanizmindən ətraflı bəhs edilib.