25.11.2024
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq noyabrın 25-də Astara rayon Heydər Əliyev Mərkəzində Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 iliyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Astara Dövlət Rəsm Qaleriyasının, Tarix-Diyarşünaslıq Muzeyinin, Mərkəzi Kitabxananın əməkdaşları və Astara şəhəri “Günərzi Qayğı Mərkəzi”nin müəllim və şagirdləri iştirak edib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd etmişdir ki, Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır.
Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu siyasəti və Naxçıvanın sosial-iqtisadi, mədəni-mənəvi inkişafı, müstəqilliyin ilk illərində Naxçıvanın erməni təcavüzündən qorunmasında Ulu öndərin tarixi xidmətləri, Prezident İlham Əliyevin dövlət siyasətində Naxçıvanın iqtisadi, elmi-mədəni, infrastruktur və hərbi potensialının gücləndirilməsi və inkişaf etdirilməsi strategiyasına uyğun geniş tədbirlər planının hazırlanması qərara alınıb.
Sonra Naxçıvanın 100 illiyinə həsr olunmuş film nümayiş olunub.
Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.