Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Korrupsiyaya qarşı mübarizə dövlətin prioritet vəzifələrindən biridir

22.11.2024

Noyabrın 22-də Masallı rayon Mərkəzi Kitabxanasında “Korrupsiyaya qarşı mübarizə dövlətin prioritet vəzifələrindən biridir” mövzusunda tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən biri olan korrupsiya ümumi inkişafa və təhlükəsizliyə dağıdıcı təsir göstərir. Korrupsiyaya qarşı mübarizənin mütəşəkkil və ardıcıl aparılmasının ölkə prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu, bu sahəyə dair milli strategiya və fəaliyyət planlarının qəbul edildiyini diqqətə çatdırıb.

Sonra kitabxananın digər əməkdaşı Gülər Kərimova məruzəsində dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması istiqamətində hökümət səviyyəsində həyata keçirilən tədbirlərdən bəhs edib.