Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda “Cəlilabad rayonunda Baramaçılığın inkişafı” mövzusunda tədbir keçirilib

21.11.2024

Tədbir Cəlilabad rayon Heydər Əliyev Mərkəzi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Lənkərən-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad üzrə nümayəndəsi Fuad Əzizov , Cəlilabad Dövlət Aqrar Mərkəzinin sektor müdiri Cavanşir Həsənov, Təsərrüfatçı-sahibkar Sahibəli Seyfullayev və mədəniyyət işçiləri iştirak etmişdir.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1971-ci ilin martında Azərbaycan KP MK və Nazirlər Sovetinin “Azərbaycan SSR-də ipəkçiliyi inkişaf etdirmək tədbirləri haqqında” qərarı bu sahənin inkişafını sürətləndirmişdir. Son illər ərzində ölkəmizdə baramaçılığın inkişafı istiqamətində ciddi addımlar atılıb,mühüm qərarlar qəbul olunub,bu sahəyə dövlət dəstəyi gücləndirilib.

Qeyd edək ki,tədbir Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2017-c il tarixli Sərancamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar keçirilib.