20.11.2024
Noyabrın 20-də Masallı Tarix -Diyarşünaslıq Muzeyi, İcra Hakimiyyəti, Mərkəzi Kitabxana, Heydər Əliyev Mərkəzi və Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə muzeydə təbdir keçirilib.
20 noyabr Ağdam Şəhəri Günü və 25 noyabr Kəlbəcər Şəhəri Gününə həsr olunan “Qələbəni təsdiqləyən tarixi günlərimiz” adlı tədbirdə təşkilatçı müəssisənin əməkdaşları, mədəniyyət nümayəndələri, qazilər , müharibə veteranları, gənclər və tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva İlk olaraq vətənin azadlığı , bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsini hörmətlə yad edilməsindən sonra Ağdam və Kəlbəcər şəhər günləri münasibətilə hamını təbrik edib.
Sonra Masallı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuranə Muradova, Lənkəran Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayon üzrə nümayəndəsi Salman Yunusov, Qarabağ Müharibəsi Əlilləri, veteranları və Şəhid ailələri ictimai birliyinin Masallı rayon filialının sədri Nahid Rəhimov və Masallı Rayon Statistika idarəsinin məsləhətçisi Abdullayev Babək çıxış edərək bildirdilər ki, dörd ildir üçrəngli bayrağımız işğaldan azad edilən ərazilərdə qürurla dalğalanır. Qəhrəman xalqın qalib ölkəsi, heç bir yerdən kömək gözləmədən Qarabağı və Şərqi Zəngəzuru yenidən quran, düşmənin dağıtdığı və taladığı şəhərlərə, kəndlərə ikinci həyat verən, dünyada sülh carçısı kimi tanınan Azərbaycan tarixinin ən şərəfli səhifəsini 44 günlük müharibədə yazdı. Azərbaycanın əzəli torpağı olan Ağdam və Kəlbəcər şəhərlərinin Azərbaycan Respublikasının Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi sayəsində imzalanan kapitulyasiya aktına əsasən geri qaytarıldı.
Daha sonra Mərkəzi Kitabxananın əməkdaşı Rasif Dadaşov və Heydər Əliyev Mərkəzinin əməkdaşı Lətifə Həsənova mövzu ilə bağlı geniş mühazirə ediblər.
Tədbirdə iştirak edən bir qrup qazi təşkilatçı müəssisələr tərəfindən “Fəxri Fərman” və hədiyə ilə təltif olunub.
Yekunda tədbir iştirakçıları Qalereyanın dərnək üzvlərinin çəkdikləri rəsm sərgi ilə tanış olaraq muzeyin Vətənpərvərlik guşəsinə ekskursiya ediblər.