20.11.2024
Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq noyabr 20-də Astara rayon Heydər Əliyev Mərkəzində Ağdam şəhəri gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Astara Dövlət Rəsm Qaleriyasının əməkdaşları, Astara şəhəri “Günərzi Qayğı Mərkəzi”nin və Astara Olimpiya İdman Kompleksinin müəllim və şagirdləri iştirak edib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova cıxış edərək qeyd edib ki, bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb.
2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medal təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5 min 790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub.
Tədbirdə mövzu il bağlı məruzə oxunub və şagirdlərin sualları cavablandırılıb.
Daha sonra “27 ildən sonra Ağdam azadlıqda” mövzusunda film nümayiş olunub.
Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.