20.11.2024
Noyabrın 20-də Masallı rayon Mərkəzi Kitabxanasında Ümumdünya Uşaq Hüquqları Günü ilə əlaqədar “20 noyabr - Ümumdünya Uşaq Hüquqları Günüdür” adlı tədbir keçirilib.
Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, BMT Baş Məclisi 1954-cü ildə bütün ölkələrə Ümumdünya Uşaqlar Gününün dünya uşaqlarının qardaşlığı və həmrəyliyi günü kimi bayram edilməsini tövsiyə etmişdir. Həmin gün bütün dünyada uşaqların firavanlığının təmin edilməsinə yönəldilmiş fəaliyyətə həsr olunmuşdur. Qeyd olunub ki, BMT-nin Baş Məclisi 1959-cu il noyabrın 20-də Uşaq Hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin tarixində isə Uşaq Hüquqları Konvensiyasını qəbul etmişdir.
Sonra kitabxananın digər əməkdaşı Rasif Dadaşov məruzəsində Azərbaycan Respublikasının da beynəlxalq kovnensiyaya qoşulduğunu, uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradıldığını nəzərə çatdırıb. Vurğulanıb ki, əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu sahədə bir çox qanunlar qəbul edilib, proqramlar hazırlanıb. Bu proqramlarda uşaqların sağlam və firavan böyüməsi, onların rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca vəzifəsi kimi müəyyənləşdrilib.Uşaqların problemlərinin həlli istiqamətində dövlət səviyyəsində müxtəlif lahiyələr həyata keçirilib, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2009-cu il Uşaq ili elan edilmişdir.