07.11.2024
Noyabrın 7-də Astara Şəhər O.Kazımi adına uşaq musiqi məktəbində Ümumdünya Uşaq Hüquqları günü münasibətilə ,,Uşaqlar bizim gələcəyimizdir,, adlı musiqili tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan L.İskəndərova uşaqların iqtisadi,sosial ,mədəni və hətta siyasi hüquqlara malik olmasını vurğulayıb.
Daha sonra uşaqların ifasında bəstəkar və xalq mahnıları səsləndirilib.
Yekunda iştirakçılar məktəbin foyesində təşkil olunmuş şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.