04.11.2024
Noyabrın 4-də Masallı Dövlət Rəsm Qalereyası və “Masallı Gənclər Evi” SXM-nin birgə təşkilatçılığı ilə 8 noyabr “Zəfər Günü” nə həsr olunmuş “Bütöv Azərbaycanımız” devizi altında rəsm müsabiqəsi keçirilib.
Müsabiqə 9-12 və 13-18 yaş qrupu üzrə şagirdlər arasında keçirilib.Yekun nəticəyə əsasən I yerə Ruslan Qasımov və Yağmur Əliyeva, II yerə Məryəm Nəzərova və Balabacı Dadaşova, III yerə isə Nürgün Cəfərli və Firayət Kərimli layiq görülüblər.
Qaliblər “Masallı Gənclər Evi” SXM-nin diplomları ilə təltif ediliblər.
Qeyd edək ki, rəsm müsabiqəsinin keçirilməsində əsas məqsəd Vətən müharibəsinin tarixi əhəmiyyətinin gənclər arasında təbliği, istedadlı şagirdlərin rəsm işi sahəsində yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılmasıdır.