Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşağın ailədə və cəmiyyətdə hüquqları

05.11.2024

Noyabrın 5-də Masallı Tarix- Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı çərçivəsində “Uşağın ailədə və cəmiyyətdə hüquqları” mövzusunda tədbir keçirilib.

Rafiq Əlihəsənov adına şəhər 1 saylı tam orta məktəbdə keçirilən maarifləndirici tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib.

İlk öncə vətənin azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin əməkdaşları Dilgüşə Məmmədova və Talib Qəzənfərli çıxış edərək uşaq hüquqları müdafiəsi istiqamətində beynəlxalq, milli mexanizmlərin öyrənilməsi, sağlam cəmiyyətin formalaşmasında ailənin mühüm rolunun olması və sağlam gələcəyin təmin olunmasında ailə dəyərlərinə sahib çıxmağımızın önəmini məktəblilərin diqqətinə çatdırıblar. Mövzu ilə bağlı ətraflı məlumatlar verən muzey əməkdaşları ölkəmizdə hüquqa zidd əməllərə qarşı aparılan mübarizədən də danışaraq şagirdlərə hüquqlarının pozulması hallarına qarşı mübarizə yolları ilə bağlı tövsiyələr veriblər.