Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada “Kinomexanikin qayıdışı” filmi nümayiş olunub

04.11.2024

Noyabrın 4-də Sım kənd mədəniyyət evində rejissor Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” tammetrajlı sənədli filmi nümayiş olunub və filmin yaradıcı heyəti ilə görüş keçirilib.

Əsasən Sım kəndində çəkilmiş Almanya (Lichtblick Film) və Fransanın (Kidam) ortaq istehsalı olan filmin nümayişindən sonra rejissor və ssenari müəllifi Orxan Ağazadə, operator Daniel Quliyev, prodüserləri Lino Rettinger və François-Pierre Clavel eləcə də baş rolların ifaçıları Samid İidrisov, Ayaz Xalıqov tamaşaçılar qarşısına çıxaraq filmin çəkilişinə dəstək olmuş kənd sakinlərinə, yaradılmış şəraitə görə mədəniyyət kollektivinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, film Cənubi Koreyada EIDF EBS Beynəlxalq Kino Festivalında nümayiş olunub və “Festivalın Qran-Prisinə “Documentary Goyang Award” mükafatına layiq görülüb.