04.03.2019
04 mart 2019 – cu il tarixdə Yardımlı rayon Mədəniyyət işçiləri üçün təşkil olunmuş seminar – müşavirə keçirildi. Müşavirədə Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyev iştirak etdi. A.Əliyev əvvəlcə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları barədə işçilərə məlumat verdi. Sonra seminarın iş planına əsasən çıxışlar oldu. Yardımlı rayon MKS – in direktoru Rahim Səfərov qarşıdan gələn bayramların təşkili barədə məlumat verdi. Rayon Mədəniyyət Mərkəzinin metodisti Əmir Mustafayev Novruz bayramının təşkili və keçirilməsi ilə əlaqədar çıxış etdi və müəssisələrə bu barədə hazırlanmış metodiki tövsiyyələri çatdırdı.Bir sıra kənd klub və kitabxana işçiləri görülmüş işlər barədə məlumat verdilər.