Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Qalib ölkənin vətəndaşıyam” adlı tədbir keçirilib

31.10.2024

Oktyabrın 31-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Yardımlı rayon Peşə məktəbinin birgə təşkilatçılığı ilə mərkəzdə Zəfər gününə həsr olunan "Qalib ölkənin vətəndaşıyam" adlı tədbir keçirilib.

Tədbirdə təşkilatçı qurumların kollektivi iştirak edib.

Çıxış edənlər Zəfər gününün mahiyyəti, ölkəmizin bu zəfər uğruna illər boyunca həyata keçirdiyi işlər, uzun və çətin mübarizənin ölkə başçımızın əzmi, ordumuzun şücaəti, xalqımızın inamı sayəsində əldə olunmasından söz açıblar.

Yekunda tədbir iştirakçıları mərkəzdə mövcud olan sərgi və eksponatlarla tanış olublar.