26.02.2019
Masallı Rejional Mədəniyyət İdarəsi, Cəlilabad rayon nümayəndəliyinin, Cəlilabad Xalq teatırının Xocalı faciəsinə həs etdiyi “Biz qayıdacağıq Xocalı” tamaşası nümayiş etdirilmişdir.
Biz qayıdacağıq Xocalı tamaşasının ssenari müəllifi və qurluşçu rejissoru Buludxan Buludov bu əsərdə Xocalıda baş verən hadisələri insanların ağır işgəncələrlə qətlə yetirilməsini, erməni cəlladlarının vəhşiliklərini nümayişini dolğun şəkildə tamaşaçılara çatdırmışdır.
Əsərin adından göründüyü kimi Xocalı ermənilərə bir mesajdır. Bu gün qüdrətli ordumuzun səyi ilə Qarabağın, Xocalının alınması sülh yolu ilə qaytarmaq olmasa müharibə yolu ilə alınması labüddür. Bütün bunlar tamaşanın əsas ideyasıdır.Tamaşada iştirak edən aktyorlar,
Şahbazov Xeyrulla, Əliyev Xəyal, Quliyev Əli, Məmmədova Məlahət, Ağayeva Ləman, Abasov Ramil, Buludov Buludxan, Həsənov İbrahim və başqaları üzərlərinə düşən obrazları uğurla ifa etmişlər.