22.10.2024
Oktyabrın 22-də Astara rayon Heydər Əliyev Mərkəzində BMT-nin “Uşaq hüquqları haqqında Konvensiya”sı üzrə peşə təhsili haqqında tədbir keçirilib.
Tədbirdə Astara Dövlət Rəsm Qaleriyasının əməkdaşları, Ş.Qasımov adına şəhər 4 saylı, Y.Ağayev adına Artupa kənd tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd edib ki, peşə təhsilinin rolu, nüfuzu Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsi olaraq daha da artdı. İlk dəfə olaraq, peşə təhsilinin məzmununun fəhlə kadrları hazırlamağa deyil, sahibkar ola biləcək müasir bacarıq və səriştələrə malik mütəxəssis yetişdirməyə doğru təkmilləşdirilməsinə başlandı.
Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.