Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yaşıl dünya naminə qlobal çağırış

05.10.2024

Oktyabrın 5-də Masallı rayon Mərkəzi Kitabxanasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “ Yaşıl dünya naminə qlobal çağırış” adlı tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Günay Xəlilova bildirib ki, qlobal iqlim dəyişmələri, torpaqların deqradasiyası, ərzaq təhlükəsizliyi və onların yaratdığı fəsadlar planetin gələcəyi üçün böyük təhdid sayılır.Bu gün dünyada yaşanan ekoloji problemlərin əsasında məhz bu kimi amillər dayanır və həmin təsirlər Azərbaycandan da yan keçmir.

Sonra kitabxananın əməkdaşı Rəşad İsmayılov məruzəsində vurğulayıb ki, Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir.Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, son 20 ildə Prezident İlham Əliyevin davamlı islahatları fonunda xüsusi nəzarətə götürülən istiqamət məhz ölkənin iqlim dəyişikliyi ilə bağlı yeni çağırışlara hazır olmasıdır. 1992-ci ildə qəbul olunmuş BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası ekoloji problemlərin həlli istiqamətində dünya ölkələri qarşısında böyük tələblər qoymuşdur. Qeyd olunub ki, Azərbaycan da öz növbəsində bu çağırışlara hər zaman həssaslıq nümayiş etdirib.2024-cü ildə Bakıda keçiriləcək COP29 beynəlxalq iqlim konfransı ölkəmiz üçün “yaşıl enerji” növlərinin yaradılmasının və onun dünya bazarına nəqlinin prioritet olduğunu bir daha nümayiş etdirəcək.