08.10.2024
Oktyabrın 8-də Masallı rayon Mərkəzi Kitabxanasında kitabxana əməkdaşlarının iştirakı ilə “Narkomaniya bəşəriyyəti təhdid edən böyük bəladır” adlı tədbir keçirilib.
Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Aidə Quliyeva bildirib ki, bəşəri bəla olan narkomaniyanın sərhəd tanımadan genişlənməsi dövlətimizi bütün imkanları səfərbər edərək bu bəlanın kökü kəsilməsi istiqmatində beynəlxalq mübarizəyə qoşulmağa sövq edib.Ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümummilli vəzifə hesab edərək,1996-cı ildə müvafiq Fərman imzalamışdır.
Sonra kitabxananın digər əməkdaşı Gülər Kərimova məruzəsində vurğulayıb ki, dövlətimizin sosial siyasətinin əsas məqsədlərindən biri də sağlam nəslin formalaşdırılmasından ibarətdir. silah, insan alveri,orqanların transferi kimi təhlükəli hallarla eyni səviyyədə qorxulu olan narkomaniya qlobal xarakter daşıyan problemə çevrilib. Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi,sağlamlığımızı,dövlətçiliyimizi daha da möhkəmləndirmiş oluruq. Qeyd olunub ki, ölkəmizin davamlı inklişafı hər bir problemin uğurlu həllinə, qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olmağa zəmin yaradır.