09.10.2024
Oktyabrın 9-da Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Zəfər tariximizi bilmək hər bir gəncin ən böyük vəzifəsidir" adlı tədbir keçirilib.
Tədbirdə Yardımlı şəhər 3 saylı orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Çıxışlarda vətənpərvərlik hissinin aliliyindən, Azərbaycan ordusunun şücaətindən, dövlət-ordu-xalq birliyinin təcəssümünə çevrilən Vətən müharibəsindən, həmçinin dövlət suverenliyimizin təmin olunması ilə nəticələnən antiterror tədbirləri haqqında ətraflı məlumat təqdim olunub.
Sərgi və eksponatlarla tanışlıqdan sonra tədbirə yekun vurulub.