17.10.2024
Oktyabrın 17-də Astara rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə "Suveren ölkənin müstəqil xalqı" mövzusunda tədbir keçirilib.
Tədbirdə M.Ə.Sabir adına şəhər 1 saylı orta məktəbin müəllimi Məhsəti Həsənova və VI sinif şagirdləri iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbiri
giriş sözü ilə kitabxananın Oxuculara Xidmət şöbəsinin Baş kitabxanaçı Aybəniz İbadova açaraq bildirib ki, 44 günlük Vətən müharibəsi bir daha bütün dünyaya Azərbaycan xalqının birliyini,onun müstəqil və ərazi bütövlüyünün toxunulmaz olduğunu subut etdi.
Sonra kitabxananın əməkdaşları Xanım Məmmədova və Nərgiz Məhərrəmova mövzu ilə bağlı çıxış ediblər.
Yekunda şagirdlərin ifasında şeirlər dinlənilib, əlamətdar günə həsr olunmuş sərgiyə baxış keçirilib.