Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

21 fevral – Beynəlxalq Ana Dili Günüdür.

21.02.2019

   21 fevral 2019-cu ildə Masallı rayon Mərkəzi kitabxanası şəhər 3 saylı orta məktəbdə Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbir keçirib. Oxu zalının müdiri Şəmsurə Nəsirova çıxış edərək  Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1999-cu ildə Banqladeş səfirinin təşəbbüsü ilə Beynəlxalq Ana Dili Günü elan edildiyini bildirdi. Qeyd etdi ki,  UNESKO-nun baş konfransında 1952- ci ildə Pakistanda benqal dilinin qadağan  edilməsinə qarşı aksiyada polisin müdaxiləsi nəticəsində həlak olanların xatirəsinə ehtiram olaraq  21 fevral tarixi Beynəlxalq Ana Dili Günü elan edilərək üzv ölkələrə bildirilmişdir ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin. Sonra çıxış edən hər bir xalqın dilinin maddi, mədəni irsini qoruyub inkişaf etdirən ən mühüm və ən güclü vasitə olduğunu bildirdi. Qeyd olundu ki, ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində və mükəmməl təhsil almasında mühüm rol oynayır. Hazırda bu ənənələr ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” imzaladığı sənəd və bu istiqamətdə görülən digər işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür. Tədbirdə ana dilimizi qorumaq, inkişaf etdirməyin hər birimizin müqəddəs borcu olduğu vurğulandı.