Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astara rayon Heydər Əliyev Mərkəzində “Naxçıvandan başlanan yol” mövzusunda tədbir keçirilib

03.09.2024

Astara rayon Heydər Əliyev Mərkəzində Astara Dövlət Rəsm Qalereyası, Tarix-Diyarşünaslıqlıq Muzeyi, kitabxana əməkdaşlarının, şəhid ailələrinin və dərnək üzvlərinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin 1991-ci il 3 sentyabr tarixində Naxçıvan Muxtar Respublikasının Ali Məclisisnin sədri seçilməsi ilə əlaqədar “Naxçıvandan başlanan yol” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd edib ki, Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş, ideyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi ilə bu günümüzə, sabahımıza bələdçilik edən Ümummilli Liderimiz Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur.

Sonra “Böyük siyasətə qayıdış dövrü” mövzusunda film nümayiş olunub.

Tədbirdə mərkəzin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edərək bildirib ki, həmin dövr Ulu öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrü kimi adlandırıla bilər. Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu.

Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə işinə başlamışdı. Milli dövlətçiliyə yeni nəfəs vermiş Naxçıvan parlamentinin ilk sessiyasında gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdır.Fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atıb.

Daha sonra mövzu ətrafında Astara Dövlət Rəsm Qaleriyasının direktoru Naibə Mustafayeva, Astara Tarix-Diyarşünaslıqlıq Muzeyinin əməkdaşı Rəna Əsgərova cıxış edib.

Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.