Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidlik məqamı uca zirvədir

30.08.2024

Masallı rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi Namiq Bağırovun anadan olmasının 40-cı ildönümü münasibətilə tədbir keçirilib.Tədbir keçirilməzdən öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Rəşad İsmayılov şəhidin Vətən müharibəsində qəhrəmanlığından söz açıb. O, vurğulayıb ki,Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə düşmən üzərində qazanılan tarixi Qələbədə ordumuzun və döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin şücaəti xüsusi qeyd olunmalıdır. Namiq Bağırovun timsalında igid Vətən oğullarının dövlət və xalq qarşısında xidmətlərini xalqımız heç zaman unutmayacaq.

Sonra məruzə ilə çıxış edən kitabxananın əməkdaşı Lətafət Əlirzayeva tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Quru Qoşunlarının çavuşu Namiq Bağırov 1984-cü ildə Masallı rayonunun Çaxırlı kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra, 2001-ci ldə müddətli həqiqi hərbi xidmətə yollanıb. Həyatın önəmli hissəsini torpaqlarımızın müdaifəsinə həsr etmiş Namiq Bağırov 2020-ci il 27 sentyabrında başlanan Vətən müharibəsində fəal iştirak edib.O, 6 oktyabr tarixində Füzulin qəsbkarlardan xilas olunması uğrunda gedən döyüşlərdə şəhidlik məqamına yetişib.

Qeyd edilib ki, şəhid Namiq Fürudin oğlu Bağırov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”,”Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.