Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda şəhid Nəzərli Nicat Mübariz oğlunun doğum gününə həsr olunan tədbir keçirilib

22.08.2024

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Tariximiz qürurumuzdur" layihəsi çərçivəsində Lənkəran şəhər Mədəniyyət Mərkəzində şəhid Nəzərli Nicat Mübariz oğlunun doğum gününə həsr olunan tədbir keçirilib.

Tədbir iştirakçıları öncə şəhidin şəxsi əşyalarından və fotolarından ibarət sərgi ilə tanış olublar.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva və digər rəsmilər, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, şəhidin təhsil aldığı Lənkəran rayonu Ə.Xalıqov adına Rvo kənd tam orta məktəbin müəllim və şagird heyəti, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Nicat Nəzərlinin xatirəsinə həsr olunan və həyatından bəhs edən videoçarx nümayiş olunub.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva Nicat Nəzərlinin qısa, lakin şərəfli ömrünün gələcək nəsillərin vətənpərvər tərbiyəsində xüsusi əhəmiyyət daşıdığı bildirib. Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda qəhrəmanlıq göstərərək canlarını fəda edən igid oğullarımızın xatirəsinin hər zaman əziz tutulacağı və unudulmayacağını vurğulayıb.

Tədbirdə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəsm studiyasında yağlı boya ilə çəkilmiş Nicat Nəzərlinin portreti şəhidin valideynlərinə təqdim edilib.

Tədbir şəhidlərimizə, vətənə və qələbəyə həsr olunan şeirlərin səsləndiriliməsi, ədəbi-bədii kompozisiyaların nümayişi, tanınmış ifaçıların şəhidlər haqqında mahnıları ilə davam edib.