28.08.2024
Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Heydər Əliyev və Naxçıvan” mövzusunda tədbir keçirilib.
Tədbirdə Zərifə Əliyeva adına 7 sayılı məktəbin şagirdləri və müəllimləri iştirak ediblər.
Tədbirdən öncə şagirdlərə Mərkəzin ekspozisiya zalında Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyətindən bəhs edilib.
Tədbir zamanı mərkəzin direktoru bildirib ki, Naxçıvanın davamlı inkişafında Ümummilli lider Heydər Əliyevin böyük xidməti vardır. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olmuşdur.
Sonda “Naxçıvan dünyanın naxışı” filmi nümayiş olunub.