Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şan-şərəf təqvimimizin yeni günü

26.08.2024

 Masallı rayon Mərkəzi Kitabxanasında kitabxanın və rayon Tarix-Diyarşünaslıq Muzeyininn birgə təşkilatçılığı ilə 26 avqust-Laçın Şəhəri Gününə həsr olunmuş “Şan-şərəf təqvimimizin yeni günü” adlı tədbir keçirilib.

Tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları,şəhid ailələri və qazilər iştirak ediblər.

İlk öncə vətənin azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi dərin hüznlə yad edildi.

Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Günay Xəlilova bildirib ki, Azərbaycanın 30 il ildən sonra Dağlıq Qarabağda yara almış ərazi bütövlüyünü Tarixi Zəfərlə tamamlaması dövlətçilik tariximizə şanlı səhifə kimi qeyd olunub. Laçın şəhərinin azad olunması Qarabağ zəfərinə gedən yolda mühüm hadisələrdən biri kimi qeyd olunur.

Sonra Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva çıxış edərək vurğulayıb ki, Azərbaycanın uzun müddət ən başlıca problemi olmuş Qarabağ münaqişəsinin ölkəmizin xeyrinə həll olunması Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, ordumuzun gücü və dövlət və xalqın sarsılmaz vəhdəti kimi amillərin sayəsində gerçəyə çevrilib.

Tədbirdə çıxış edənlər- şəhid baş leytenant Şəmistan Yusiflinin atası Şükran Yusifli, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon filialının sədri Nahid Rəhimov, Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı, qazi komandir Nazim Cəfərzadə, təqaüddə olan mayor Bəhruz Mehbalıyev Laçın zəfərinin müasir dövlətçilik tariximizin böyük və möhtəşəm siyasi qələbələrindən biri olmasından, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq-bərpa işlərinin əhəmiyyətindən, şəhid ailələri və qazilərə dövlətin yüksək diqqət və qayğısından danışıblar.

Sonda kitabxananın əməkdaşı Gülər Piriyevanın Laçın Zəfərindən və rayon ərazisində aparılan yenidənqurma prosesindən bəhs edən məruzəsi ilə tədbirə yekun vurulub.