Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mehriban Əliyeva müstəqil dövlətimizin inkişafına böyük töhfələr verən ictimai-siyasi xadimdir

23.08.2024

Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 26 avqust Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günü münasibətilə “Mehriban Əliyeva müstəqil dövlətimizin inkişafına böyük töhfələr verən ictimai-siyasi xadimdir”mövzusunda tədbir keçirilib.

Mərkəzin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələri,təhsil,mədəniyyət,səhiyyə işçiləri və gənclər iştirak etmişlər.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xalqın rifahı və dövlətin inkişafı istiqamətində çoxşaxəli fəaliyyətindən söhbət açıb.

Daha sonra Masallı rayon İcra Hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova çıxış edərək bildirmişdir ki,Tarixin istənilən anında bizim örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də vardır. Bu baxımdan müasir dövrdə ölkəmizin Birinci Xanımı, Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva özünün həm ictimai- siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına nümunədir. Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir. Mehriban xanımı şəxsiyyət kimi, xarakterizə edərkən bir məqamı nəzərdən qaçırmaq olmaz ki, onun fəaliyyətində ənənəviliklə müasirlik, tarixi köklərə bağlılıqla dünyəvilik əsas prinsiplərdəndir.

Sonra Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva,Boradigah qəsəbə 2 saylı tam orta məktəbin direktoru Məhbubə Şahbazova və Binə Xocavar kənd tam orta məktəbin müəllimi Asudə Məmmədova Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın mədəniyyət və incəsənət sahəsində gördüyü əvəzsiz işlərdən danışıblar.Onlar çıxışlarlarında qeyd ediblər ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir.Mehriban xanımın gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərin miqyasına nəzər yetirəndə bu xidmətin həcmini təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafını görmək, duymaq elə də çətin deyil.Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət dayanır.

Sonda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs olunan videomaterial nümayiş olunub.