Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dinimiz və ətraf mühit

21.08.2024

 Masallı rayon Mərkəzi Kitabxananın və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsinin birgə təşkilatçılığı ilə Masallı rayonu “Gənclər Evi”ndə “Dinimiz və ətraf mühit” mövzusunda tədbir keçirilib.

Tədbirdə kitabxana əməkdaşları, din xadimləri, dini icma sədrləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Masallı rayon Mərkəzi Kitabxanasının əməkdaşları Günay Xəlilova və Gülər Piriyeva, DQİDK-nın Masallı regional bölməsinin əməkdaşları Elvin Hüseynli, Pərvin İmanov, QMİ-nin Masallı rayonu üzrə səlahiyyətli nümayəndəsi, Masallı şəhər “Cümə” məscidinin imamı Məftun Hüseynov çıxışlarında ətraf mühiti qorumağın dinindən, dilindən və mənsubiyyətindən asılı olmayaraq hər bir kəsin borcu olduğu vurğulayıblar. Həmçinin bildirilib ki, insanların təbiəti qorumaq və düzgün şəkildə istifadə etmək vərdişlərinin inkişafında maarifləndirmənin əhəmiyyəti böyükdür.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.