Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda ”Sərhəd Mühafizə Orqanları Əməkdaşlarının Peşə Bayramı Günü” münasibətilə konsert proqramı təşkil olunub

18.08.2024

Lənkəran şəhərində yerləşən "N" saylı hərbi hissəsində "18 avqust Sərhəd Mühafizə Orqanları Əməkdaşlarının Peşə Bayramı Günü"
münasibətilə tədbir keçirilib.

İlk öncə Vətənimizin azadlığı, bütövlüyü, suverinliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Rəsmi hissədən sonra bədii hissənin təşkili Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilib..

Konsertdə Lənkəran şəhər Mədəniyyət Mərkəzinin “Babalar” xor kollektivi, Ay lolo" mahnı və rəqs kollektivi , mərkəzin solistləri Mətanət Babayeva, Vüsal Bağırov, Rəhim Hüseynov, Samirə Ağayeva , istedadlı müğənnilər Elnarə Ağayeva, Cəfər Səlimov, Kamran Qazıyev və Murad Mirzoyev əsgər və zabitlər qarşısında rəngarəng mahnı və rəqs nömrələri ilə çıxış ediblər.

Konsertin sonunda hərbi hissə rəhbərliyi təşkilatçılarıa təşəkkürünü bildirib.