Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yaşıl dünyamızı qorumaq üçün həmrəy olaq

17.08.2024

Astara rayon Pensər kənd kitabxana filialının təşkilatçılığı ilə kitabxananın həyətində "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar olaraq "Yaşıl dünyamızı qorumaq üçün həmrəy olaq" mövzusunda tədbir keçirilib.

Tədbirdə kitabxananın oxucuları iştirak ediblər.

Tədbiri Pensər kənd kitabxana filialının müdiri Nuridə Babayeva açaraq bildirib ki, dünyamız bizim sağlam yaşamağımız üçün çox vacibdir. Buna görədə yaşından, irqindən, dinindən cinsindən aslı olmayaraq hərbir insan yaşadığı ərazidə ətraf mühitin təmiz saxlanılmasını və təbiəti qorumasını özünə borc bilməli, bunun üçün məsuliyyət daşımalıdır.

Sonda mövzu ilə bağlı qurulmuş sərgiyə baxış keçirilib.