Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oxucular üçün muzey həftəsi

14.08.2024

Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşəbbüsü ilə "Oxucular üçün muzey həftəsi" təşkil olunub.

Muzey həftəsi çərçivəsində kitabxananın fəal oxucuları Astara rayonunda yerləşən Heydər Əliyev Mərkəzi və Astara Tarix Diyarşünaslıq Muzeyinə ekskursiya ediblər.

Ekskursiya zamanı oxuculara ilk olaraq mərkəzin bələdçisi Elza Kazımova tərəfindən Ümummilli lider Heydər Əliyevə aid sənədlər, kitablar və eksponatlar haqqında məlumatlar verilib.

daha sonra muzeyə ekskursiya edən oxuculara muzeyin direktor əvəzi Şahin Əliyev və bələdçisi Elnarə Əhmədova muzeyin kolleksiya fondu və eksponatları haqqında geniş məlumat veriblər.

Qeyd edək ki, muzey həftəsinin keçirilməsində məqsəd uşaqları ölkəmizin qədim tarixi,milli mənəvi dəyərləri haqqında ətraflı məlumatlandırmaq, həmçinin onların asudə vaxtılarını səmərəli təşkil etmək, eləcə də uşaqların dünya görüşünü, bilik və bacarıqlarını artırmaqdan ibarətdir.