Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astara ziyalılarını tanıyaq

13.08.2024

Astara rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə "Astara ziyalılarını tanıyaq" layihəsi çərçivəsində Mübariz Bəxtiyarovla görüş keçirilib.

Qeyd edək ki, ömrünün gözəl illərini Astara şəhər Z.Bünyadov adına 2 saylı orta məktəbdə Fizika müəllimliyi edərək,özü kimi savadlı,vicdanlı,təlim-tərbiyəli,peşəkar, məğrur və mərhəmətli müxtəlif peşə sahibləri yetişdirən Mübariz Bəxtiyarov 17 İyul 1947-ci ildə Astara rayon Təngərüd kəndində anadan olmuşdur.Ailəlidir, bir oğul və bir həkim qız atasıdır.Ali təhsilli fizika müəllimi olmağına baxmayaraq bir çox peşələrdə də işləyərək özünü doğrultmuşdur. Kitablarla və uşaqlarla keçən 42 illik müəllim ömrünü indi Astaranın ziyalı müəllimi kimi davam etdirir.


Sonda Astara rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin əməkdaşları Nigar Təqiyeva və Aygün İmaməliyeva fonda daxil olan yeni kitabları ziyalı müəllimə təqdim edərək,məlumatlar veriblər.